10 Fevral 11:42
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Teleqraf.com IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 403 komandadan ibarət siyahıya Azərbaycanın iki təmsilçisi düşüb.

Ötən ay 73-cü pillədə qərarlaşan "Qarabağ" (146,5 xal) 70-ci sıraya yüksəlib. "Neftçi" (57,5 xal) isə 469-cu yerdən 398-ci mövqeyədək irəliləyib.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (359 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikincidirsə, İtaliyanın “İnter” (281 xal) kollektivi üçüncüdür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər