Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında turnirin ən erkən qolu vurulub.
Teleqraf.com xəbər verir ki, bu rekorda Albaniya millisinin yarımmüdafiəçisi Nedim Bayrami imza atıb. O, B qrupunun ilk turunun İtaliya ilə oyununda matçın 23-cü saniyəsində fərqlənib.
Hazırda hesab 2:1 italiyalıların xeyrinədir.
Qeyd edək ki, bunadək Avropa çempionatları tarixində ən erkən qol rekordu Rusiya millisinin sabiq üzvü Dmitri Kiriçenkoya məxsus idi. O, “Avro 2004”də Yunanıstanla matçın 68-ci saniyəsində rəqib qapısına yol tapmışdı.