3 İyul 17:05
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

UFC çempionu Konor Makqreqor Rusiya Federal Vergi Xidmətinin Həbib Nurməhəmmədovun hesablarına həbs qoyması ilə bağlı yayılan məlumat reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Konor rusiyalı həmkarını “dilənçi” adlandırıb.

“Qaçaq dilənçi. Onu tapın, pul qarşılığında məşq xidməti təklif edin. İndi Dubayda küçə tualetlərinin birində yaşadığını eşitmişəm”, - Makqreqor deyib.

Xatırladaq ki, Nurməhəmmədovun hesablarına həbs qoyulmasına səbəb onun 297 milyon rubl borcunun olması ilə bağlıdır. Bundan əvvəl Nurməhəmmədova məxsus bir neçə şirkət rəsmi sənədlərdə etibarsız məlumatlar təqdim etdiyi üçün bağlanmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər