16 İyul 23:05
2 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA AÇ-2024-ün rəmzi komandasını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, heyətdə İspaniya millisinin 6, Fransa yığmasının 2, İsveçrə, Almaniya və İngiltərə komandalarının isə hərəyə 1 futbolçusu yer alıb.

Qapıçı: Mayk Menyan (Fransa);

Müdafiəçilər: Kayl Uoker (İngiltərə), Manuel Akanji (İsveçrə), Uilyam Saliba (Fransa), Mark Kukurelya (İspaniya);

Yarımmüdafiəçilər: Rodri, Daniel Olmo, Fabian Ruis (hamısı İspaniya);

Hücumçular: Lamin Yamal, Niko Uilyams (hər ikisi İspaniya), Camal Musiala (Almaniya).

Qeyd edək ki, AÇ-2024-ün çempionu İspaniya millisi olub. Komanda finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər