22 İyul 14:17
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisi "Linkoln" (Cəbəllütariq) səddini aşacağı təqdirdə "Ludogorets 1945" (Bolqarıstan) - "Dinamo Minsk" (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Bu raundun matçları avqustun 6-7-də və 13-də baş tutacaq.

***

09:56

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

Teleqraf.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Mərasimdə Azərbaycan çempionu "Qarabağ”ın da mümkün rəqibi bəlli olacaq. II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcək. “Linkoln” – “Qarabağ” cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq.

Qurban Qurbanovun yetirmələrini püşkdə 6 mümkün variant gözləyir. Söhbət 12 klubun yer aldığı 6 cütdən gedir.

Çempionlar yolu

Səpələnmişlər

"Linkoln" – "Qarabağ" cütünün qalibi

"Ferentsvaroş" – TNS cütünün qalibi

PAOK – "Borats" cütünün qalibi

"Bodo Qlimt" – RFŞ cütünün qalibi

"Selye" – "Slovan" cütünün qalibi

"Styaua" – "Makkabi" T-Ə cütünün qalibi

Səpələnməmişlər

"Malmö" – "Klaksvik" cütünün qalibi

"Lüdoqorets" – "Dinamo" Mn cütünün qalibi

APOEL – "Petrokub" cütünün qalibi

"Panevejis" – "Yagellonya" cütünün qalibi

"Şemrok Rovers" – "Sparta" cütünün qalibi

"Santa Koloma" – "Midtulland" cütünün qalibi

Liqa yolu

Səpələnmişlər

“Reyncers”

“Slaviya”

“Zalsburq”

“Lill”

Səpələnməmişlər

"Luqano" - "Fənərbaxça" cütünün qalibi

"Dinamo" K - "Partizan" cütünün qalibi

“Union Sent Jiloaz”

“Tvente”

Qeyd edək ki, bu raundun görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər