Futbol üzrə Türkiyə Superkubokunun qalibi məlum olub.
Teleqraf.com xəbər verir ki, son ölkə çempionu “Qalatasaray”la ölkə kubokun qalibi “Beşiktaş” üz-üzə gəlib.
Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşma “Beşiktaş”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Çiro İmmobile (2 qol), Yonas Svensson, Rafa Silva və Mustafa Hekimoğlu vurublar.