12 Avqust 20:34
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

24 iyul – 11 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunları keçirilib və Azərbaycanı taekvondo idman növündə təmsil edən Qaşım Maqomedov 58 kq çəki dərəcəsində Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Q.Maqomedov FHN İdman-sağlamlıq klubunun üzvüdür.

Qeyd olunub ki, idmançımız bundan əvvəl də bir sıra beynəlxalq yarış və turnirlərdə yüksək nəticələr göstərməyi bacarıb. Bunlardan, xüsusilə IV İslam Həmrəyliyi Oyunlarında qazandığı gümüş medalı, Krakovda (Polşa) keçirilən III Avropa Oyunlarında bürünc medalı və 2023-cü il Avropa Taekvondo Çempionatında (Tallin, Estoniya) qazandığı qızıl medalı qeyd etmək olar.

Həmçinin, Q.Maqomedov 2023-cü ildə Çinin Uşi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin təsnifat və həmin turnirin final mərhələsində qələbə qazanaraq Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya əldə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər