15 Avqust 22:14
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sabah” növbəti avrokubok matçına çıxıb.

Teleqraf.com xəbər verir ki, Bakı klubu Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu keçirib.

Krunoslav Renduliçin yetirmələri “Sent Patriks”i qəbul edib. İrlandiyada gözlənilməz məğlubiyyət alan "Sabah” doğma divarlar arasında revanş ala bilməyib. Bir həftə olduğu kimi təmsilçimiz yenə 1-ci hissədə azlıqda qalıb. Bundan sonra üstünlüyə yiyələnən qonaqlar yenə tək qolla cütün taleyini həll ediblər.

Qarşılaşmada yeganə qolu 48-ci dəqiqədə Zakari Elbuzedi bakılıların qapısından keçirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər