Rusiya millisinin Braziliya əsilli sabiq hücumçusu Ari Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) qarşısında tələblə çıxış edib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, fubolçu Rusiyanın beynəlxalq arenaya qaytarılmasını tələb edib.
“Mən Canni İnfantino olsaydım, bu gün Rusiyanı geri qaytarardım. Ona görə də FİFA və UEFA prezidentlərinə müraciət edirəm - bu gün Rusiyanı geri qaytarın!” - o deyib. O, hər şeyə siyasətin qarışmasından şikayətlənib.
Onun fikrincə, avropalılar da Rusiyanın qayıtmasını çox səbirsizliklə gözləyirlər. “İdman belə böyük ölkə olmadan mövcud ola bilməz. Rusiya həm maliyyə, həm də idman üçün lazımdır”, - deyən Ari Rusiyanın geri dönüşünün həm idmançılar, həm də turizm üçün faydalı olacağını qeyd edib.