15 Oktyabr 21:42
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçu Lionel Messi haqda danışıb.

Teleqraf.com xəbər verir ki, o, deyib: "Messi dünyaya gəlmiş ən yaxşı futbolçudurmu? Bəlkə, Pele və ya Maradona kimi futbolçulara bu, hörmətsizlik olacaq, amma mənim üçün cavab "hə"dir. Heç vaxt ona bənzərini görməmişəm. Təsəvvür etmək belə çətindir ki, kimsə bu səviyyədə effektliyi 15-20 il ərzində saxlaya bilsin. Messiyə baxanda Tayger Vuds, Maykl Cordanı yada salırsan. Şanslıyıq ki, onlarla bir dövrdə yaşamışıq"

Qeyd edək ki, Xosep Qvardiola 2008-ci ildən 2012-ci ilə qədər "Barselona"nı çalışdırıb və Lionel Messinin baş məşqçisi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər