14 Oktyabr 21:51
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda təşkil olunan Azərbaycan - Slovakiya oyunu başlayıb.

Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edir.

Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.

20:00. Azərbaycan - Slovakiya - 1:3 (Birinci hissə)

Qollar: Rahil Məmmədov, 15-avtoqol (0:1), Toral Bayramov, 37 (1:1), Lukas Haraslin, 75 (1:2), David Duris, 87 (1:3)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər