"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun futbolçu oğlu Musa Qurbanlının nişan mərasimi olub.
Teleqraf.com xəbər verir ki, o, Əsmər adlı xanımla nişanlanıb.
Məclisdən görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, ötən günlərdə Qurbanovlar ailəsində daha bir şad gün yaşanmışdı. Belə ki, “Qarabağ”ın və millinin futbolçusu Abbas Hüseynov Qurban Qurbanovun qardaşı, veteran futbolçu Musa Qurbanovun qızı ilə ailə həyatı qurmuşdu.