"Real Madrid"in hücumçusu, braziliyalı Vinisius Junior 2024-cü ildə "Qızıl top"u itirdikdən sonra klubu tərk etmək imkanlarını daha fəal şəkildə araşdırmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.
Məlumata görə, futbolçu İspaniyada oynayarkən irqçiliyə məruz qalıb. Bundan başqa o, komanda yoldaşlarına görə, bu mükafatı qazana bilmədiyini düşünür.
Artıq Səudiyyə Ərəbistanı hökumətinin nümayəndələrinin 24 yaşlı futbolçu ilə danışıqlar aparmaq üçün Madridə gəldiyi bildirilir.