3 Noyabr 10:07
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb.

Teleqraf.com AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.

Noyabrın 5-də Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər