"Mançester Siti" İngiltərə Premyer Liqasında 11 ay sonra ilk dəfə "Bornmut"a uduzub.
Teleqraf.com xəbər verir ki, İngiltərə Premyer Liqasında X tura start verilib.
Keçirilən matçlarda “Liverpul” “Brayton” üzərində 2:1 hesablı qələbə qazanıb. Çempionluq mübarizəsi aparan “Arsenal” “Nyukasl”a 0:1, “Mançester Siti” isə “Bournmut”a 1:2 hesabı ilə uduzub.
Turnir cədvəlinə 25 xalla “Liverpul” başçılıq edir. “Mançester Siti” 23 xalla 2-ci, “Arsenal” isə 18 xalla 4-cü pillədə qərarlaşıb.