2 Noyabr 08:38
332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Şahmat Federasiyası noyabrın 1-nə olan rapid və blits üzrə reytinq cədvəllərini dərc edib.

Teleqraf.com xəbər verir ki, rapiddə Azərbaycan qrossmeysterləri arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarovdadır.

O, 18-ci (2711), Teymur Rəcəbov (2670) isə 35-ci yerdə qərarlaşıblar.

Rapid yarışında Maqnus Karlsen (Norveç, 2825) liderdir, Dinq Liren (Çin, 2776) və Fabiano Karuana (ABŞ, 2766) isə ilk "üçlük"dədirlər.

Eyni zamanda, blitsdə Məmmədyarov (2705) 26-cı, Rəcəbov (2663) 45-ci yerdə qərarlaşıblar. İlk "yüzlük"də daha iki şahmatçımız var: Eltac Səfərli (2644) 63-cü, Rauf Məmmədov (2629) isə 70-cidir.

Blits üzrə də lider Karlsendir (Norveç, 2893), Alireza Firuzca (Fransa, 2871) ikinci, Hikaru Nakamura (ABŞ, 2860) isə üçüncüdür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər