3 Noyabr 15:27
284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Basketbol Liqasının III turunda "Şəki" "Sumqayıt"ı məğlub edib.

Teleqraf.com xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksinin stadionunda baş tutan oyun meydan sahiblərinin 101:61 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun sonuncu qarşılaşması bu gün Abşeron Olimpiya Kompleksində gerçəkləşəcək. "Sabah" "Abşeron"la münasibətlərə aydınlıq gətirəcək. Matç saat 16:00-da başlayacaq.

Qeyd edək ki, əvvəlki oyunlarda "Naxçıvan" "Sərhədçi"ni (83:66), NTD "Neftçi"ni (66:63) məğlub edib. "Gəncə" "Ordu"dan üstün olub - 82:61. "Lənkəran" isə "Quba" üzərində qələbə qazanıb - 86:81.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər