Braziliya "Korintians"ının futbolçusu Memfis Depay Monakoda sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün cəzalanıb.
Teleqraf.com "RMC Sport"a istinadən xəbər verir ki, 30 yaşlı hücumçunu 6 avqust 2024-cü ildə "knyazlıq"da "Rolls-Roys" avtomobilinin sükanı arxasında ikən polis saxlayıb.
Nəticədə Monakonun ədliyyə strukturu niderlandlı forvardı iki il müddətinə sürücülük hüququndan məhrum etməklə yanaşı, 9 min avro cərimələyib.
Qeyd edək ki, Memfis Depay Niderland yığma komandasının üzvüdür. Fransanın "Lion", İspaniyanın "Barselona" və İngiltərənin "Mançester Yunayted" komandalarındakı çıxışları ilə tanınan futbolçu cari mövsüm "Korintians"ın heyətində 4 oyuna çıxıb.