15:07
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ikinci Qərb Dairəsinin Hərbi Məhkəməsi dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayev haqqında həbs qətimkan qərarını qüvvədə saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məhkəmə keçmiş vəkilin həbs müddətini martın ortalarına qədər uzadan Moskva Qarnizonu Hərbi Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

"Moskva Qarnizonu Hərbi Məhkəməsinin yanvarın 13-də qəbul etdiyi qərar qanuni sayılır", - hakim qeyd edib.

Qeyd edək ki, keçmiş vəkil keçən ilin sentyabr ayının ortalarında hərbi məhkəmə tərəfindən həbs edilib. Ona 46 milyon rubldan çox məbləğdə dələduzluq ittihamı irəli sürülüb (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi). İstintaqın məlumatlarına görə, o, bu pul qarşılığında Aleksey Blinovskiyə özünü və həyat yoldaşı olan bloger Yelena Blinovskayanı vergidən azad etməyi vəd edib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər