17:54
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Teleqraf.com xəbər verir ki, ilk oyun Tovuz şəhər stadionunda "Kəpəz" və "Neftçi" komandaları arasında keçirilib.

Qarşılaşma “ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb – 2:0. Paytaxt təmsilçisindən 35-ci dəqiqədə Ağadadaş Salyanski hesabı açıb, Yuri Matias isə 69-cu dəqiqədə son nöqtəni qoyub. Bu komandalar arasında cavab görüşü fevralın 28-də keçiriləcək.

Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyun

5 fevral

16:00 "Kəpəz" - "Neftçi" - 0:2

Qollar: Ağadadaş Salyanski 35, Yuri Matias 69

Baş hakim: İnqilab Məmmədov

Tovuz şəhər stadionu

Günün digər oyununda "Sabah" komandası "Sumqayıt"ı qəbul edəcək.

Daha 2 oyun isə fevralın 6-da olacaq. “Araz-Naxçıvan” “Zirə”ni, “Səbail” isə “Qarabağ”ı qəbul edəcək.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər