Azərbaycan Kubokunun 1/4 final mərhələsində günün ikinci oyununda "Sumqayıt" səfərdə "Sabah"la heç-heçə edib.
Teleqraf.com xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan matçda hesab açılmayıb - 0:0.
Tərəflər arasında cavab matçı fevralın 27-də keçiriləcək.
Qeyd edək ki, birinci mərhələnin ilk görüşündə “Neftçi” səfərdə “Kəpəz”i məğlub edib - 2:0. Birinci mərhələnin sabah reaallaşacaq qarşılaşmalarında "Araz-Naxçıvan" "Zirə"ni, “Səbail” isə “Qarabağ”ı qəbul edəcək.