18 Mart 2015 19:15
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hoffenhaym”ın yarımmüdafiəçisi Roberto Firmino “Liverpul”un maraq dairəsinə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Calciomercato” xəbər yayıb.

“Qırmızılar” braziliyalı futbolçuya görə 25 milyon avro ödəməyə hazırdı. Daha öncə “Mançester Yunayted” də Firmino ilə maraqlanırdı.

Cari mövsümdə Bundesliqada 25 matçda meydana çıxan Firminonun aktivində 6 qol və 7 məhsuldar ötürmə var.

Rüstəm


Müəllif: