Sərbəst güləş üzrə Azərbaycan yığma komandası ilk Avropa Oyunlarına hazırlığı Göygöl Olimpiya İdman Kompleksində davam etdirir.
Yığma komandanın baş məşqçisi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında böyüklərdən və gənclərdən ibarət yığma komandanın otuza yaxın üzvü təlim-məşq toplanışında iştirak edir. Aprelin 22-dən başlayan hazırlıq prosesi mayın 6-dək davam edəcək.
İlk Avropa Oyunlarında güləş yarışları iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq. Güləşin hər üç növü üzrə keçiriləcək yarışlarda ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.