Fil Dişi Sahili millisinin baş məşqçisi Erve Renar istefa verib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Fil Dişi Sahili Futbol Federasiyasının prezidenti Sidu Diallo məlumat verib.
Qeyd edək ki, 46 yaşlı mütəxəssisin milli ilə müqaviləsi 18 aydan sonra başa çatacaqdı. E.Renarın "Lill"i çalışdıracağı gözlənilir.
Xatırladaq ki, E.Renar bu il Fil Dişi Sahili millisi ilə Afrika kubokunu qazanmışdı.