27 May 2015 12:31
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə hakimiyyəti, Sürixdə səhər saatlarında FİFA-nın bir neçə yüksək vəzifəli məmurunu həbs edib, The New York Times bildirib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında təşkilatın İcraiyyə Komitəsinin vitse-prezidentləri Ceffi Uebb və Euxenio Fiqerdo, həmçinin İcraiyyə Komitəsinin keçmiş üzvü Cek Uorner də var.

Həbs olunanların ABŞ-a ekstradisiya ediləcəkləri ehtimal edilir.

Amerika hüquq-mühafizə orqanlarının ittihamına dünya çempionatlarının keçirilməsinə dair ölkələrin ərizələri ilə əlaqədar rüşvətxorluq, elektron kommunikasiya vasitələrinin tətbiqi ilə bağlı fırıldaqçılıq, çirkli pulların yuyulması daxildir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər