Filippo İnzaqi İtaliyanın “Milan” futbol klubunun baş məşqçisi vəzifəsindən azad edilib. Bu barədə Trend klubun saytına istinadən məlumat verir.
Xatırladaq ki, F.İnzaqi klubu mövsümün əvvəlindən çalışdırırdı. Komanda İtaliya çempionatını 10-cu yerdə başa vurub.
Mövsüm ərzində İtaliya mətbuatında komandanın avrokuboklarda iştirak edə bilməyəcəyi təqdirdə, 41 yaşlı mütəxəssisin tutduğu vəzifədən azad ediləcəyi ilə bağlı dəfələrlə məlumat yayılmışdı.