22 İyul 2015 09:11
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Çernoqoriyada "Rudar"ın qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bidirib.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bunları dilə gətirib:

“Bizi olduqca çətin oyun gozləyir. Rəqibin açıqlamalarından da məlum olur ki, onlar bu oyuna yaxşı hazırlaşıblar və yaxşı nəticə əldə etmək istəyirlər.

Bizi də cox yaxşı motivasiya olunmuş komandaya qarşı oyun gözləyir. Təbii ki, biz bura uduzmağa yox yaxşı nəticə əldə etməyə gəlmişik və komandamız yaxşı nəticə üçün meydana çıxacaq”.

Rüstəm


Müəllif: