29 İyul 2015 14:25
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avroliqanın 3-cü təsnifat mərhələsində “Apollon”la (Kipr) qarşılaşacaq “Qəbələ” ilk oyunun Bakıdakı hazırlıqlarını başa vurub.


Publika.az xəbər verir ki, üç gündür paytaxtda məşq edən "qırmızı-qaralar" bugünkü çalışmayla hazırlıqların bu mərhələsini bitirib.

“Qəbələ” bu gün saat 11:00-da Kiprin Nikosiya şəhərinə yollanıb. Bakı vaxtı ilə təxminən saat 16:00-da Kiprin paytaxtına çatacaq “qırmızı-qaralar” “Hilton Nikosia” otelində məskunlaşacaq.

“Qəbələ” qarşılaşma öncəsi son məşqini iyulun 30-da oyunun baş tutacağı Larnakadakı “Antonis Papadopulos” stadionunda keçirəcək. Məşq Bakı vaxtı ilə 23:00-da başlayacaq. Saat 22:30-da isə komandanın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, “Apollon” – “Qəbələ” matçı iyulun 30-da saat 22:00-da başlayacaq.


Müəllif: