4 Avqust 2015 11:37
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün və sabah Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, 15 cütün qalibi pley-offa vəsiqə qazanacaq. Sevindirici haldır ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçisi “Qarabağ”ın da pley-offa qalmaq şansı az deyil. Azərbaycan çempionu səfərdə 0:1 hesabı ilə uduzduğu Şotlandiya “Seltik”ini keçməyə çalışacaq.

Bu gün ÇL-də 4 görüş keçiriləcək. Digər 11 görüş isə sabah baş tutacaq.

Qonşu Türkiyəni təmsil edən “Fənərbaxça” çətin Ukrayna səfərində “Şaxtyor” səddini adlamağa cəhd edəcək. Çempionlar Liqasının bu mərhələsində uğursuzluğa düçar olanlar Avropa Liqasında pley-off oynayacaq.


Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunları

4 avqust

22:00 APOEL (Kipr) - Midtyulland (Danimarka) (ilk oyun 2:1)
22:00 Molde (Norveç) - “Dinamo” (Xorvatiya) (1:1)
23:15 Ayaks (Hollandiya) - Rapid (Avstriya) (2:2)
23:45 Monako (Fransa) - Yanq Boyz (İsveçrə) (3:1)

5 avqust


19:00 Astana (Qazaxıstan) - HİK (Finlandiya) (0:0)
21:30 QARABAĞ (AZƏRBAYCAN) - Seltik (Şotlandiya) (0:1)
21:45 Sparta (Çexiya) - MOİK (Rusiya) (2:2)
22:30 BATE (Belarus) - Videoton (Macarıstan) (1:1)
23:15 Bazel (İsveçrə) - Lex (Polşa) (3:1)
23:30 Brügge (Belçika) - Panatinaikos (Yunanıstan) (1:2)
23:30 Malmö (İsveç) - Zalsburq (Avstriya) (0:2)
23:30 Partizan (Serbiya) - Styaua (Rumıniya) (1:1)
23:45 Skenderbeu (Albaniya) - Milsami (Moldova) (2:0)
23:45 Viktoriya (Çexiya) - Makkabi (Təl-Əviv, İsrail) (2:1)
23:45 Şaxtyor (Ukrayna) - Fənərbaxça (Türkiyə) (0:0)


Müəllif:

Oxşar xəbərlər