12 Avqust 2015 12:24
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" Avropanın Superkuboku uğrunda keçirilən matçda "Sevilya"ya (5:4) qalib gəldi.

Teleqraf.com xəbər verir ki, Kataloniya klubunun futbolçusu Daniel Alves avrokuboklarda 9-cu dəfə uğur qazanıb (Çempionlar Liqası – 3 dəfə, UEFA Kuboku – 2 dəfə, Avropa Superkuboku – 4 dəfə).

Avropakuboklarda qalibiyyət hesabına görə rekord "Milan"ın əfsanəvi futbolçusu Paolo Maldiniyə (Avropa Çempionlar Kuboku (Çempionlar Liqası) – 5 dəfə, Avropa Superkuboku – 4 dəfə) və "Ayaks"ın keçmiş futbolçusu Ari Hana məxsus idi (Avropa Çempionlar Kuboku - 3 dəfə, Kuboklar Kuboku - 2 dəfə, Avropa Superkuboku - 4 dəfə).

Rüstəm


Müəllif:

Oxşar xəbərlər