Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.
Teleqraf.com uefa.com-a istinadən xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Mərasimdə 48 klubun hansı qruplarda yer alacağı müəyyənləşəcək.
Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində təmsil edən "Qarabağ" və "Qəbələ" 4-cü səbətdə qərarlaşıb.
I səbət: "Şalke" (Almaniya), "Borussiya" (Dortmund, Almaniya), "Bazel" (İsveçrə), "Napoli" (İtaliya), "Tottenhem" (İngiltərə), "Ayaks" (Hollandiya), "Vilyarreal" (İspaniya), "Rubin" (Rusiya), "Atletik" (İspaniya), "Sportinq" (Portuqaliya), "Marsel" (Fransa), "Dnepr" (Ukrayna).
II səbət: "Braqa" (Portuqal), "Fiorentina" (İtaliya), "Latsio" (İtaliya), "Anderlext" (Belçika), "Liverpul" (İngiltərə), "AZ Alkmar" (Hollandiya), "Viktoriya" (Çexiya), "Brügge" (Belçika), PAOK (Yunanıstan), "Seltik" (Şotlandiya), "Beşiktaş" (Türkiyə), APOEL (Kipr).
III səbət: "Monako" (Fransa), "Sparta" (Çexiya), "Fənərbağça" (Türkiyə), "Legiya" (Polşa), "Bordo" (Fransa), "Lokomotiv" (Rusiya), "Lex" (Polşa), "Sent-Etyen" (Fransa), "Slovan" (Çexiya), "Auqsburq" (Almaniya), "Rapid" (Avstriya), "Krasnodar" (Rusiya).
IV səbət: "Partizan" (Serbiya), "Asteras" (Yunanıstan), "Belenenseş" (Portuqaliya) "Altlax" (Avstriya), "Rusenborq" (Norveç), "Qarabağ" (Azərbaycan), "Molde" (Norveç), "Dinamo" (Minsk, Belarus), "Qroninqen" (Hollandiya), "Sion" (İsveçrə), "Midtyulland" (Danimarka), "Skenderbeu" (Albaniya), "Qəbələ" (Azərbaycan).
Matçların təqvimi: 1 tur – 17 sentyabr, 2 tur – 1 oktyabr, 3 tur – 22 oktyabr, 4 tur – 5 noyabr, 5 tur – 26 noyabr, 6 tur – 10 dekabr.
Rüstəm