"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Kataloniyanın müstəqilliyi barədə ideyanı dəstəkləməyə davam edir.
Teleqraf.com xəbər verir ki, sözügedən regionun azadlığının tərəfdarı olduğunu dəfələrlə dilə gətirən təcrübəli mütəxəssis bir daha vurğulayıb ki, siyasi baxışlarını gizlətməyə hazırlaşmır.
"Marca"nın məlumatına görə, Qvardiola bunları söyləyib:
"Mən öz fikrimdə qalıram. Əgər kimsə mənim siyasi baxışlarımdan şübhələnirsə, onda bu, onun problemidi. Kataloniya dövləti mövcud olsaydı, onda mən onun rənglərini müdafiə edərdim. Amma mən ispan yığmasında oynamağı çox sevirdim və əlimdən gələnin ən yaxşısını etməyə çalışırdım".
İspaniyanın Daxili İşlər Naziri Xorxe Dias Fernandes Qvardiolunu Kataloniyanın müstəqilliyi uğrunda mübarizə aparan partiyanın seçki siyahısına daxil olduğu üçün sərt tənqid etmişdi.
Rüstəm