23 Sentyabr 2015 18:36
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilib.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Badminton Federasiyası və “Təhsil” Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə dərsdənkənar vaxtlarda keçirilən təlimlərin məqsədi fiziki tərbiyə müəllimlərini badminton idman növü üzrə məşq prosesi aparmağa hazırlamaq olub.

Təlimlərdə 14 ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi iştirak edib.

Badminton üzrə Azərbaycan yığma komandasının baş məşqçisi və məşqçiləri təlim iştirakçılarını məşq prosesinin elementləri ilə tanış edib, onlara bu idman növü üzrə qabaqcıl ölkələrin təcrübəsi, yeniliklər barədə ərtaflı məlumat veriblər.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Basdminton Federasiyasının prezidentidir.


Müəllif:

Oxşar xəbərlər