"Barselona"nın texniki katibi Roberto Fernandez komandanın futbolçusu Neymarın gələcək karyerası haqda danışıb.
Qol.Az-ın məlumatına görə, klub rəsmisi "Radio Catalonia"ya açıqlamasında braziliyalı futbolçunun ömrünün sonuna qədər "Barselona"da qalacağını bildirib:
"Neymarla yeni müqavilə üçün danışıqlarımız davam edir. Hər hansı problem çıxacağını düşünmürəm. Neymarın ömür boyu burada qalacağına və karyerasını da elə "Barselona"da başa vuracağına şübhəm yoxdur. O da uzun illər Kataloniya təmsilçisinin formasını geyinmək istəyir və bunu hər gün bizlərə nümayiş etdirir".
Qeyd edək ki, Neymar 2013-cü ildə "Santos"dan "Barselona"ya transfer olunub.