"İnter"in yarımmüdafiəçisi Felipe Melo cəzalandırılıb.
Buna braziliyalı futbolçunun A seriyanın 17-ci turunda "Latsio" ilə görüşdə rəqibini vurması səbəb olub.
Matçın 90-cı dəqiqəsində rəqib futbolçu Lukas Bilyaya açıq ayaqla zərbə endirən Melo birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Həmin epizodla bağlı araşdırma aparan İtaliya Futbol Federasiyası 32 yaşlı futbolçunu 3 oyunluq cəzalandırıb.
Qeyd edək ki, "İnter" - "Latsio" matçı qonaqların qələbəsi ilə başa çatıb - 1:2.