"Liverpul"un futbolçusu Mario Balotelli karyerasını Çində davam etdirə bilər.
Qol.Az-ın "Daily Mirror"a istinadən verdiyi məlumata görə, 25 yaşlı futbolçu ilə "Şanxay Şenhua" klubu yaxından maraqlanır.
İcarə əsasında "Milan"da oynayan Balotellinin çıxışı klubun baş məşqçisi Sinişa Mixayloviçi qane etmir. "Liverpul" da italiyalı futbolçunu geri qaytarmağı düşünmür. Belədə Balotelli özünə yeni klub axtarmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, cari mövsüm "Milan"ın heyətində 9 oyun keçirən Balotelli 1 qol vurub.