24 Aprel 2016 08:05
575

İspaniya La Liqasında 35-ci turun oyunları davam edib.

Trend-in məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

"Atletiko" evdə "Malaqa"ya 1:0 hesabı ilə qalib gəlib. "Barselona" isə öz meydanında "Sportinq"ə (Xixon) 6 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, La Liqada 35-ci tura bu axşam keçiriləcək "Selta Viqo" - "Qranada" oyunu ilə yekun vurulacaq.

İspaniya La Liqası, 35-ci tur

"Rayo Valyekano" - "Real" (Madrid) - 2:3

Qollar: Adrian Embarba, 7 (1:0), Miku, 14 (2:0), Qaret Beyl, 35 (2:1), Lukas Vazqez, 52 (2:2), Qaret Beyl, 81 (2:3)

"Atletiko" (Madrid) - "Malaqa" - 1:0

Qol: Korrea, 62 (1:0)

"Barselona" - "Sportinq" (Xixon) - 6:0

Qollar: Messi, 12 (1:0), Suares, 63 (2:0), 74-pen (3:0), 77-pen (4:0), Neymar, 85-pen (5:0), Suares, 88 (6:0)

"Eybar" - "Deportivo" - 1:1

Qollar: Adrian, 8 (1:0), Kartabia, 71 (1:1)


Müəllif: