Ansi Aqolli “Qarabağ”ın tarixinə düşüb.
Teleqraf.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, albaniyalı müdafiəçi Ağdam klubunun heyətində ən çox oyun keçirən legioner adına yiyələnib.
Bu, Topaz Premyer Liqanın 31-ci turunun “İnter”lə ev oyununda gerçəkləşib. Komandasının 2:0 hesabı ilə qalib gəldiyi oyun Ansinin “göy-qara”ların heyətində 228-ci matçı olub. Albaniyalı çempionatda 168, kubokda 17, avrokuboklarda 43 dəfə “Qarabağ”ın şərəfini qoruyub. 228 matçda çıxış edən müdafiəçi 3-ü çempionat, 1-i avrokuboklarda olmaqla, 4 dəfə rəqib qapılarına yol tapıb.
Aqolli 228-ə çatmaqla Albaniya yığması və “Qarabağ”dakı sabiq komanda yoldaşı Admir Telinin rekordunu yeniləyib. Belə ki, Ansiyədək əyalət klubunda ən çox oyun keçirən legioner olan Teli 227 matça çıxıb. Amma sonuncu Premyer Liqa və kubok da daha çox oynasa da, Ansi avrokuboklar hesabına ümumi oyun sayında lider olub.