Bu marafon Bakının və bütün Azərbaycanın həyatında, şübhəsiz ki, vacib hadisədir. Burada olduğuma, minlərlə başqa adam kimi bu tədbirdə iştirak etdiyimə görə çox şadam.
Bu sözləri Bakı marafonunun iştirakçısı Beka Qoletiani AZƏRTAC-a müsahibəsində söyləyib.
O deyib: ”Bu gün oğlumun ad günüdür, həm də Gürcüstanda Pasxa bayramı qeyd edilir. Belə bir gündə vətənimdə olmalıyam. Axşama doğru ora gedəcəyəm. İndi isə fürsətdən istifadə edib, ümumi qaçışa qoşulmaq və gücümü sınamaq istəyirəm”.
Paytaxtımızın qonağının fikrincə, marafon bir daha əyani şəkildə sübut edir ki, ölkə rəhbərliyi Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verir və əhalinin sağlamlığının qayğısına qalır.
O, daha sonra deyib: “İdman həyatdır, idman hərəkətdir, idman sağlamlıqdır. Mənim üçün ikinci vətənə çevrilən dost bir ölkədə ümumi inkişaf fonunda belə idman hadisələrinin keçirilməsini müşahidə etmək çox xoşdur. İstərdim ki, belə böyük tədbirlər Azərbaycanda daha çox keçrilsin”.