8 May 2016 09:13
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika millisinin kapitanı Vinsen Kompani "Avro-2016"da iştirak etməyəcək.

Buna futbolçunun zədələnməsi səbəb olub.

Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real"la cavab görüşündə zədələnən Kompaninin Fransada keçiriləcək Avropa çempionatında oynamayacağı dəqiqləşib.

Bu barədə danışan "Mançester Siti"nin müdafiəçisi belə deyib: "Avropa çempionatında oynamayacam.

Bu, mənim üçün çox pis xəbərdir. Özümü çox pis hiss edirəm. Gələcək karyeram naminə Fransaya getməmək qərarı verdim. Bununla belə, sakit və pozitiv olmağa çalışıram. Komanda yoldaşlarıma güvənirəm. Onların turnirdə bizi qürurlandıracağına inanıram".(qol.az)


Müəllif:

Oxşar xəbərlər