Noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.
İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.
Tədbir çərçivəsində Forumun plenar iclası, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək və Azərbaycan-Rusiya biznes forumu təşkil ediləcək.
Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.