3 Fevral 2017 19:16
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən 32 bankın 31 dekabr 2016-cı il tarixinə cəmi aktivləri 31,439.5 milyon manat, cəmi öhdəlikləri 29,530.7 milyon manat təşkil edib. Sektorun balans kapitalı 1,908.8 milyon manatdır.

Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Teleqraf.com-a verilən məlumatda bildirilib.

Məlumata görə, əhalinin əmanətləri 7432.1 milyon manat həcmindədir.

Bu banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 569, söbələrinin sayı 131, ATM-lərin sayı 2461-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 947 nəfər təşkil edir.

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 144, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-nin işçi heyəti 2 657 nəfər təşkil edir.


Müəllif: