2017-ci il 14 fevraldan "Baltika-Bakı '' MMC-nin adı "Carlsberg Azerbaijan'' MMC adına dəyişdirilib.
Teleqraf.com xəbər verir ki, bu addım Azərbaycanda yerləşən pivə istehsalı zavodunun bir hissəsi olduğu Carlsberg Group şirkətinin sonrakı inteqrasiyası və firma üslubunun qrupun digər şirkətləri ilə birləşdirilməsi üçün atılıb.
“Şirkətin təşkilati-hüquqi forması və rekvizitləri şirkətin adı istisna olmaqla dəyişmir. Şirkət öz fəaliyyətini dayandırmır və sonradan öz öhdəliklərini yerinə yetirməyə davam edəcək. "Baltika-Bakı" MMC şirkətinin bütün hüquq və vəzifələri hüquqi varisə "Carlsberg Azerbaijan '' MMC-yə keçəcək”,- deyə şirkətdən məlumat verilib.
Zavod 2008-ci ildən Carlsberg Group-a daxildir və 2009-cu ilin may ayında yenidənqurma işlərindən sonra açılıb. Ölkənin pivəçəkmə sahəsində lider olan şirkətin payına bazarın təxmini 75% -i düşür.
Carlsberg Group 1847-ci ildə təsis olunmuş dünyada ən iri pivəçəkmə şirkətlərindən biridir. Şirkətin mənzil-qərargahı Danimarkanın paytaxtı, Kopenhagendə şəhərində yerləşir. Dünyanın üç iri regionunun Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində yerləşən zavodlar Carlsberg Group-a məxsusdur və onun məhsulları 150 ölkədə təqdim olunub.