7 İyul 2017 09:58
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:20

Dünya birjalarında neft ucuzlaşıb.

Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,52 dollar ucuzlaşaraq 44,94 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri də 0,59 dollar azalaraq 47,53 dollar olub.

Azərbaycan nefti isə bahalaşıb.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azəri Layt" markalı xam neftin 1 barrelinin qiyməti isə 0,93 dollar və ya 1,92% artaraq 49,41 dollar olub.


Müəllif: Teleqraf.com