1 Oktyabr 2018 19:54
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Holcim Azerbaijan” Qaradağ sement zavodundakı payını səhmdarlardan birinə satıb.

Bu barədə AYİB-in rəsmi nümayəndəsi Anton Usov açıqlama verib.

A.Usovun sözlərinə görə, AYİB-in zavoddakı 10 faizlik payı “Lafarge Holcim”ə satılıb. Satışın məbləği açıqlanmayıb.

Bank rəsmisi bildirib ki, AYİB 2007-ci ildən 2017-ci ilədək “Holcim Azerbaijan”ın səhmdarı olub.

Qeyd edək ki, “Lafarge Holcim”in payı indiki 66 faizdən 76 faizədək artıb.


Müəllif: Mənbə/Trend