Cari ilin yanvar-fevral aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 710 min dollara yaxın olub.
Bu barədə Moldova Respublikasının Milli Statistika Bürosundan məlumat verilib.
Bildirilir ki, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri 643,5 min dollar olub. Azərbaycandan Moldovaya isə 65,6 min dollarlıq məhsul ixrac edilib.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.