18 Avqust 2019 16:16
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda kanalizasiya sistemi partlayıb, böyük ərazi tullantılar altında qalıb.

Rayonun ümumi kanalizasiya xəttinin V. Abdullayev adına qəsəbəsində zədələnərək partlaması səbəbindən təxminən 3 hektar ərazi tullantıların altında qalıb. Bu səbəbdən ərazini üfunət bürüyüb.

Qeyd edək ki, tullantılardan yaranmış gölməçənin suyu yaxınlıqdan keçən su kanalına tökülərək, Xəzər dənizinə axır.

Sakinlər epidemioloji-gigiyenik qaydaların pozularaq, müxtəlif xəstəliklərin yaranmasından narahatdırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər