Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-sentyabr aylarında gömrük rüsumları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 1 134,9 milyon manat vəsait köçürüb ki, bu da illik proqnozun 74,7 faizini təşkil edir. Bu barədə Trend Komitənin rəsmi saytına istinadən məlumat verir.
Teleqraf.com-un məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə gömrük yığımlarından dövlət büdcəsinə daxilolmalar 12,4 faiz artıb. Teleqraf.com-un məlumatına görə, yanvar-sentyabr aylarında gömrük rüsumlarından dövlət büdcəsinə daxilolmalar 316,98 milyon manat, idxal edilən malların əlavə dəyər vergisi 762,8 milyon manat, aksizlər - 42,8 milyon manat, yol vergisi isə 12,29 milyon manat təşkil edib.
DGK-nın xətti ilə 2014-cü il üzrə ayırmaların proqnozu 1,52 milyard manat həcmində müəyyən edilib.