20 Avqust 2020 22:45
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 20-də Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə şuranın videoformatda növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci ilin yeddi ayı ərzində fəaliyyətinin yekunları və fondun 2020-ci il üçün büdcəsinə ediləcək dəyişikliklər müzakirə edilib. Həmçinin iclasda yeni çağırışlar fonunda Dövlət Neft Fondunun uzunmüddətli dayanıqlılığı məsələləri də ətraflı müzakirə olunub.

Dünya bazarında neftin qiymətinin dəyişməsi, OPEC+ anlaşması üzrə hasilatın azalması və dövlət büdcəsinin dürüstləşməsi ilə əlaqədar Neft Fondundan büdcəyə əlavə transfert edilməsi Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinə də yenidən baxılması zərurətini yaradıb.

Dövlət Neft Fondunun büdcəsinə dəyişikliyi nəzərdə tutan layihə Müşahidə Şurası tərəfindən məqsədəmüvafiq hesab olunub və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər