21 Avqust 2020 14:36
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazma sahəsində dünyanın ən böyük enerji şirkəti kimi tanınan “Valaris” iflas edib.

Teleqraf.com xəbər verir ki, ümumilikdə 16 qazma gəmisi və 74 açıq dəniz quyusu olan “Valaris” ödənilməmiş istiqrazlardan sonra iflas məhkəməsinə müraciət edib.

Neftin ucuzlaşması, koronavirus səbəbiylə enerjiyə tələbatın azalması ilə çətin dövrünü yaşayan şirkət 7 milyard dollarlıq borc yükünü daşıya bilməyib.

Şirkətin baş direktoru Tomas Burke enerji sektorundakı kəskin daralma ilə ayaqlaşmaq və daha güclü bir şirkət üçün bu addımı atmaq məcburiyyətində qaldıqlarını deyib.

Qeyd edək ki, London mərkəzli “Valaris” 2019-cu ildə “Ensco” və “Rowan” şirkətlərinin birləşməsindən ortaya çıxmışdı.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər